...

Azərbaycanda "Eurovision 2012" üçün ayrılan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Eurovision-2012 Materials 14 May 2012 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend müxbir M.Əliyev/

Nəqliyyat Nazirliyi Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı ayrılan nəqliyyat vasitələrinin sayını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ki, rəsmi heyətlər 43 Neoplan, 43 BMW və 5 Mercedes Sprinter markalı nəqliyyat vasitəsilə təmin olunub.

Nəqliyyat vasitələrinin onlayn izlənməsi də təmin edilib. Təşkilat Komitəsinin nümayəndələrinin və volontyorların daşınması üçün 5 ədəd Mercedes Sprinter ayrılıb. Həmçinin, 2 Neoplan, 17 BMW və 25 Mercedes Sprinter ehtiyat üçün nəzərdə tutulub.

"Eurovision 2012" ilə bağlı ayrılan nəqliyyat vasitələrinin idarə edilməsinə 178 sürücü cəlb olunub, sürücülər təlimatlandırılıb və akkreditasiyadan keçib, nəqliyyat vasitələri isə xüsusi texniki baxışdan keçirilib.

Final və qeyri-final günləri akkreditə olunmuş media nümayəndələrinin və azarkeşlərin, həmçinin final günləri tamaşaçıların daşınması üçün E indeksli 9 müntəzəm avtobus marşrutları təşkil edilib. E2, E3, E4 avtobus marşrutları media nümayəndələrinin və fanların qaldığı hotelləri əhatə edir. E marşrutları üçün 66 avtobus və sürücü heyəti ayrılıb, marşrutlar üzrə məsul şəxslər müəyyən olunub. Avtobusların sürücüləri müvafiq geyim formaları ilə təmin olunub, aidiyyəti qurumlar tərəfindən təlimatlandırılıb. Həmçinin, E marşrutları üzrə sutkalıq dispetçer məntəqələri fəaliyyət göstərir, dayanacaq məntəqələri isə məlumat lövhələri və nişanlarla təmin olunub.

Ümumiyyətlə, tədbirə 154 avtobus, 50 mikroavtobus, 60 BMW, 1700 taksi (o cümlədən 1000 ədəd London taksisi), 5 yük nəqliyyat vasitəsi cəlb olunub.

Xəbər lenti

Xəbər lenti