...

Azərbaycan və Türkiyə jurnalistləri "Bakı Kristal Zalı"nda TRT-nin canlı efirinə qoşulublar (FOTO)

Eurovision-2012 Materials 24 May 2012 22:55 (UTC +04:00)
Azərbaycan və Türkiyə jurnalistləri "Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "TRT Music"in "Eurovision 2012"-yə həsr edilmiş canlı efirində iştirak ediblər.
Azərbaycan və Türkiyə jurnalistləri "Bakı Kristal Zalı"nda TRT-nin canlı efirinə qoşulublar (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir V.İmanov/

Azərbaycan və Türkiyə jurnalistləri "Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "TRT Music"in "Eurovision 2012"-yə həsr edilmiş canlı efirində iştirak ediblər.

Trend-in məlumatına görə, canlı efir zamanı Türkiyənin "Eurovision" nümayəndələri və jurnalistləri Bakıda müsabiqəyə əla hazırlıq, iştirakçılar və müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri, Azərbaycan paytaxtının gözəlliyi, azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı haqqında danışıblar.

Canlı efirin sonunda jurnalistlər və KİV nümayəndələri Azərbaycan təmsilçisi Səbinə Babayeva və bu gün ikinci yarımfinalda iştirak edəcək Türkiyənin "Eurovision" iştirakçısı Can Bonomaya dəstəklərini bildiriblər.

Qeyd edək ki, Səbinə Babayeva müsabiqənin finalında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti