...

İslandiyanın "Eurovision 2012" təmsilçilərinin məhəbbət və ümid dolu nəğməsi (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 00:40 (UTC +04:00)
İslandiyanın "Eurovision 2012" müsabiqəsindəki təmsilçiləri Qreta Salome və Yonsi "Bakı Kristal Zalı"nın səhnəsində yeddinci sırada çıxış ediblər.
İslandiyanın "Eurovision 2012" təmsilçilərinin məhəbbət və ümid dolu nəğməsi (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

İslandiyanın "Eurovision 2012" müsabiqəsindəki təmsilçiləri Qreta Salome və Yonsi "Bakı Kristal Zalı"nın səhnəsində yeddinci sırada çıxış ediblər.

Duet "Never Forget" mahnısını ifa edib.

"Never Forget" şən mahnı olmasa da, məhəbbət və ümid haqqındadır. Mahnıda ənənəvi motivlərdən istifadə olunur", - Salome bir az əvvəl deyib.

İslandiyalı müğənni və skripkaçı Qreta Salome (Gréta Salóme Stefánsdóttir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb.

Onun duet ortağı Yonsi (Jónsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.

Xəbər lenti

Xəbər lenti