...

Türk deputatları "erməni soyqırımı"na dair qanun layihəsinin qəbulunu əngəlləmək üçün ABŞ-a gedəcəklər

Dünya xəbərləri Materials 7 Oktyabr 2007 15:02 (UTC +04:00)

Türkiyə parlamentinin 6 üzvündən ibarət nümayəndə heyəti çərşənbə günü ABŞ konqresində səsə qoyulacaq "erməni soyqırımı"na dair qanun layihəsi ilə bağlı görüşlər keçirmək üçün ABŞ-a gedəcək.

Parlamentarilərdən ibarət heyət 8-11 oktyabrda ABŞ Konqresi ilə əlaqəsi olan nazirliklərlə və dövlət qulluqçuları ilə görüşlər keçirərək qanun layihəsinin səsvermədən keçməsinin qarşısını almağa çalışacaq.

Millət vəkillərindən ibarət heyətə AKP-dən İstanbul üzrə deputat seçilmiş Egemen Bağış, Antalya üzrə seçilmiş Mövlud Çavuşoğlu, Çankırıdan seçilmiş Suat Kınıkoğlu, İstanbuldan seçilmiş Nursuna Məməcan, CHP-dən İstanbul üzrə deputat seçilmiş Şükrü Ələkdağ və MHP-dən İstanbul üzrə deputat seçilmiş Gündüz Aktan daxil olacaq.

"Associated Press"-in verdiyi məlumata görə, Türkiyə ordusunun baş qərargah rəisi Yaşar Böyükanıt deputatlardan xahiş edib ki, onlar ABŞ-a xəbərdarlıq etsinlər ki, həmin qanun layihəsinin qəbul edilməsi Türkiyədə islamçılığın güclənəcəyinə təsir göstərə bilər / ANS PRESS /

Xəbər lenti

Xəbər lenti