...

İranda infilyasiya 15.8 faiza çatıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ İran Mərkəzi Bankının statistikalarına əsasən, İranda son bir ay ərzində infilyasiya 15.8 faiza çatıb. Statistikada cari ayın 2006-cı ilin eyni ayı ilə müqayisədə infilyasiya fərqi 3% çox göstərilib. Məlumata əsasən, bir il müddətində hər ay infilyasiya baş verib. İran İslam Respublikasının 9-cu dövlət başçısı Mahmud Əhmədinejadın prezidentlik dövründə hakimiyyət dəfələrlə infilyasiyanın birrəqəmli olacağını vəd edib. Ekspertlərin nəzərincə, infilyasiyanın mütəmadi şəkildə artmasının səbəbi neft dollarlarının çox hissəsinin iqtisadi vəsait kimi ayrılmasıdır.

Xəbər lenti

Xəbər lenti