...

Iran rəsmisi: "İnterpolun sessiyasının İran əleyhinə çıxardığı qərar qərəzlidir"

Dünya xəbərləri Materials 8 Noyabr 2007 13:48 (UTC +04:00)
Iran rəsmisi: "İnterpolun sessiyasının İran əleyhinə çıxardığı qərar qərəzlidir"

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İran XİN-in sözçüsü Interpolun sessiyasının İran rəsmiləri əleyhinə çıxartdığı qərarı pisləyərək, bildirib ki, belə qərarlar qeyri-peşəkar və qərəzlidir.

İranın "Farsnews" agentliyinin noyabrın 8-də yaydığı məlumata əsasən, İnterpolun Mərakeşdə keçirilən sessiyasında iştirak edən İran nümayəndə heyəti ölkənin beş rəsmisinin "Qırmızı xətt"lə axtarışa verilməsinin qarşısını almağa səy göstərsə də, buna nail ola bilməyib.

"Qırmızı xətt"lə axtarışa verilmək həmin şəxslərin saxlanılan zaman dərhal Argentinaya təhvil verilməsi anlamına gəlir.

İranın "Farsnews" agentliyinin məlumatına əsasən, İran XİN-in sözçüsü Məhəmmədəli Hüseyni bildirib ki, Interpol sessiyasının qərarı ABŞ və sionizm hakimiyyətinin ona qarşı olan repressiyaların nəticəsində olub və qəbul olunmazdır.

Axtarışa verilən beş nəfər İran İnqilab Keşikçiləri Korpusunun "Sepah" keçmiş komandanı Möhsün Rzai, keçmiş təhlükəsizlik naziri Əli Fəllahiyan, İranın Argentinadakı səfirliyinin sabiq əməkdaşları Möhsün Rəbbani, Əhməd Rza Əsğəri və Əhməd Vəhididəndir. Argentina hüquq-mühafizə orqanları onları, həmçinin Livan "Hizbullah"ının üzvü Emad Müğənniyəni 1994-cü ilin iyul ayında paytaxt Buenos-Ayresdə Yəhudilərin Xeyriyyə Mərkəzinin partladılmasında günahlandırırlar. Həmin partlayışda 85 nəfər həlak olmuş, 300 nəfərdən çox adam yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti