...

Birləşmiş müxalifət Badri Patarkatsişvilini dəstəkləməyəcək və Gürcüstanın prezidenti postuna öz namizədini irəli sürəcək

Dünya xəbərləri Materials 12 Noyabr 2007 11:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxaliya/ Birləşmiş müxalifət prezident seçkilərində biznesmen Badri Patarkatsişvilinin namizədliyini dəstəkləməyəcək və öz namizədini təqdim edəcək. Bu barədə Birləşmiş müxalifətin liderlərindən biri David Zurabişvili bildirib.

"Bizim birliyə öz namizədini təqdim edəcək 10 siyasi partiya daxildir və bu yaxın zamanlarda baş verəcək" - deyə o qeyd edib.

Dünən Patarkayişvili Gürcüstan prezidenti postuna namizədliyini vermək niyyətində olduğunu bildirib. Növbədənkənar prezident seçkiləri gələn il yanvarın 5-də keçirilməlidir.

Əvvəllər Zurabişvili KAVKAZ-PRESS-ə bildirib ki, Birləşmiş müxalifət prezident postuna bütün Gürcüstanı təəccübləndirəcək şəxsin namizədliyini irəli sürmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti