...

MAQATE-nin yeni məruzəsi İrana qarşı sanksiyaların şiddələşdirilməsi ilə nəticələnə bilər- Iranın sabiq prezidenti

Dünya xəbərləri Materials 17 Noyabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranın sabiq prezidenti bildirib ki, MAQATE-nin yeni məruzəsində İranın nüvə fəaliyyətləri barədə bir çox müsbət fikirlər olsa da, bəzi məslələrə hələ də şəffaflıq gətirilməyib.

Noyabrın 15-də MAQATE-nin sədri Məhəmməd Əlbəradeyi İranın nüvə planı barədə hazırladığı məruzəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib. Məruzədə İranın MAQATE ilə lazımi əməkdaşlıq etdiyi qeyd olunub, lakin rəsmi Tehranın, BMT-nin tələblərinə baxmayaraq, nüvənin zənginləşdirilməsi fəaliyyətini hələ də davam etdirməsi və bəzi mənfi detallar qeyd olunub.

İranın sabir prezidenti Məhəmməd Xatəmi noyabrın 17-də İranın "Farsnews" agentliyinə verdiyi musahibədə bildirib ki, yeni məruzənin detalları, BMT Təhlükəsizlik Şurasına, İrana yeni sanksiya tətbiq etmək bəhanəsi verə bilər. Hazırkı proses və siyasət uğurlu nəticə verməyəcək. Biz elə siyasət irəli sürməliyik ki, həm İran öz haqqına çatsın, həm də, Qərb İrana etimad göstərsin. Xatəminin fikrincə, regiondakı böhran, hamıdan çox ABŞ-ın zərərinədir.

Xəbər lenti

Xəbər lenti