...

Varşava Gürcüstan hakimiyyəti ilə müxalifətyönlü KİV-lər arasındakı münaqişənin həllinə yardım göstərəcək

Dünya xəbərləri Materials 20 Noyabr 2007 06:59 (UTC +04:00)
Varşava Gürcüstan hakimiyyəti ilə müxalifətyönlü KİV-lər arasındakı münaqişənin həllinə yardım göstərəcək

Polşa Gürcüstan hakimiyyəti ilə müxalifətyönlü KİV-lər arasında mövcud münaqişənin həllinə yardım göstərəcək. Bunu Polşanın yeni xarici işlər naziri Radoslav Sikorski (Radoslaw Sikorski) bəyan edib.

Polşa XİN başçısının sözlərinə görə, rəsmi Varşava Tbilisidəki danışıqlar prosesinə ABŞ hökuməti və Avropa Birliyinin rəsmisi Xavyer Solananın xahişi əsasında qoşulur.

Polşa radiosunun məlumatına görə, Polşa prezidenti Lex Kaçinski cümə günü Gürcüstana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti