...

Gürcüstanda stabillik seçkilərin nəticələri və müxalifətin hakimiyyət dairələri ilə dialoqundan asılıdır – keçmiş prezident Şevardnadze

Dünya xəbərləri Materials 7 Yanvar 2008 14:26 (UTC +04:00)
Gürcüstanda stabillik seçkilərin nəticələri və müxalifətin hakimiyyət dairələri ilə dialoqundan asılıdır – keçmiş prezident Şevardnadze

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ Gürcüstanda ictimai-siyasi vəziyyətin bundan sonrakı stabilliyi seçki nəticələrinə yekun vurulması və müxalifətlə hakimiyət dairələri arasında dialoqun nəticələrindən asılı olacaq. Bu barədə Trend ə bazar ertəsi telefonla Tbilisidən Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze bildirib.

Prezidentliyə namizəd Mixail Saakaşvili, Gürcüstan MSK-nın bazar ertəsinə olan məlumatına əsasən, 51,03 faiz səs toplayaraq, növbədən kənar seçkilərdə liderliyini davam etdirir.

Birləşmiş müxalifətdən olan, 25,72 faiz seçici səsi toplayan namizəd Levan Qaçeçiladze, MSK-nın nəticələri saxtalaşdırdığını və etiraz aksiyası keçirmək niyyətində olduğunu bəyan edib.

Şevardnadzenin sözlərinə görə, MSK səsvermənin yekunlarının hesablanması üzrə işini yekunlaşdırmaq üzrədir, lakin partiyaların heç də hamısı onların nəticələrindən razı deyil. "Hələ ki, mübahisələr gedir, təbii ki, qeyri-formal şəkildə. Lakin onlar kifayət qədər kəskindir" - deyə o bildirib və əlavə edib ki, müzakirələr, əsasən, keçmiş prezident Mixail Saakaşvili və hakimiyyətdə yerlərə iddia edən "ciddi" müxalifət arasında aparılır.

Müxalifət və Qaçeçiladze tərəfdarlarının mitinqlərin keçirilməsinə dair bəyanatlarından sonra Gürcüstanda vəziyyətin pozula biləcəyi nə dərəcədə realdır? - sualına keçmiş prezident bildirib ki, "Müxalifətçilər hadisələrin sülh yolu ilə inkişafı naminə çıxış edir və bəyan edirlər ki, onlardan heç biri güc tətbiq etmək istəmir. İndi nəsə demək çətindir, lakin böyük əhali kütləsini idarə etmək adətən çətin olur".

Şevardnadzenin sözlərinə görə Qaçeçiladze, Tbilisi, Kutaisi və bəzi digər şəhərlərdə səslərin əksəriyyətini toplamış namizəd kimi, seçkilərdə güclü mövqeyə malikdir.

Saakaşvili 2008-ci il yanvarın 5-nə Gürcüstanda vaxtından əvvəl prezident seçkilərini təyin etmək məcburiyyətində qaldı. Bu, müxalifətin noyabrın əvvəlində çox günlük mitinqlər keçirməsi, hakimiyyətə təzyiq göstərmək üçün etiraz aksiyaları hazırlaması və ölkədə fövqəladə vəziyyətin elan edilməsindən sonra baş verdi.

MSK-nın ilkin məlumatına görə, seçkilərdə 1 912 943 nəfər və ya seçicilərin ümumi sayının 56,17 faizi iştirak edib.

Gürcüstan konstitusiyasına müvafiq olaraq, prezident birinci turda seçilir, o halda ki, o, səslərin 50 +1 faizini toplaya bilsin.

Xəbər lenti

Xəbər lenti