...

İndoneziyanın keçmiş prezidenti Məhəmməd Suxarto 87 yaşında vəfat edib

Dünya xəbərləri Materials 11 Yanvar 2008 18:23 (UTC +04:00)
İndoneziyanın keçmiş prezidenti Məhəmməd Suxarto 87 yaşında vəfat edib

İndoneziyanın eks-prezidenti Məhəmməd Suxarto vəfat edib. Onun 87 yaşı var idi və son həftədə o, ağır xəstə olub. Bu barədə Vesti məlumat verib.

Suxarto bir həftə əvvəl kəskin anemiya və ürəyin, ağ ciyərlərin, böyrəklərin funksiyalarının kəskin dəyişməsi səbəbindən, aşağı təzyiqlə qospitala yerləşdirilib. Son bir neçə gündə eks-prezident böhranlı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı uğrunda mübarizə aparıblar. Suxarto 32 il ərzində İndoneziyaya rəhbərlik edib. O, on il əvvəl korrupsiyada günahlandırılıb və istefaya göndərilib. Lakin bundan sonra da keçmiş prezident ölkədaxili siyasətə öz təsirini saxlayırdı.

Xəbər lenti

Xəbər lenti