...

Baqapş Saakaşvili ilə əməkdaşlıq etməli olacaq-David Bakaradze

Dünya xəbərləri Materials 15 Yanvar 2008 20:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Münaqişələrin nizamlanması üzrə dövlət naziri David Bakradze de-fakto Abxaziya hökumətinin rəhbəri Sergey Baqapşın Mixail Saakaşvilinin qeyri-legitimliyi haqqında bəyanatını "amoral" adlandırır.

"Baqapş tərəfindən Saakaşvilinin qeyri-legitimliyi haqqında söhbətlər amoraldır"-dövlət naziri Təhlükəsizlik Şurasının iclasının sonunda bildirib.

"Abxaz separatçılarının rəhbəri, hər bir halda, Gürcüstan rəhbərliyi ilə əməkdaşlıq etməli olacaq. Belə ki, ölkə hökuməti münaqişənin nizamlanması problemini yenidən qaldırmaq niyyətindədir. Baqapşın ilkin sözlərinə baxmayaraq, ölkənin ərazi bütövlüyü məsələsinin həll ediləcəyi dialoq, hər bir halda, baş tutacaq"-Bakradze bildirib.

Xəbər lenti

Xəbər lenti