...

Yaponiyanın Gürcüstana yeni səfiri təyin edilib

Dünya xəbərləri Materials 21 Yanvar 2008 21:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Yaponiyanın Gürcüstandakı səfiri(iqamətgahı Bakıda olmaqla) Masamiçu Oki yanvarın 21-də Gürcüstan xarici işlər naziri səlahiyyətlərini icra edən Qele Bejuaşviliyə etimadnaməsinin surətini təqdim edib.

Gürcüstan XİN-nin verdiyi xəbərə görə, mərasim başa çatdıqdan sonra, tərəflərin iki ölkənin münasibətləri, GUAM-Yaponiya əməkdaşlığının perspektivləri və regional təhlükəsizlik məsələlərini müzakirə etdikləri görüş baş tutub.

Xəbər lenti

Xəbər lenti