...

İsraildəki Azərbaycan diasporunun lideri Sülhməramlı səfir olub.

Dünya xəbərləri Materials 23 Yanvar 2008 19:33 (UTC +04:00)
İsraildəki Azərbaycan diasporunun lideri Sülhməramlı səfir olub.

İsrail, Qüds, 23 yanvar/ Trend , müxbir R.Abdullayev/ Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Sulimana Sülhməramlı Səfir adı verilib. Diplom və Sülhməramlı səfir adını ona Ümumi Dünya sülhü uğrunda Federasiya və Bütün dünyada sülh Dinlərarası Millətlərarası Federasiya "sülhməramlı təşəbbüslərin inkişafına töhfə və ümumi rifaha görə insalığa xidmət missiyasına görə, özünü təcrübədə sülh prinsiplərinin tətbiqi ilə vahid qlobal dünya cəmiyyətinin yaradılmasına həsr etməyə görə" verib və təqdim ediblər", - çərşənbə günü Trend -ə Konqresin mətubat xidmətindən bildiriblər.

"Ümumi Dünya sülhü uğrunda Federasiya və Bütün dünyada sülh Dinlərarası Millətlərarası Federasiya Konqres prezidenti Aleks Şapiro-Sulimanı Sülhməramlı Səfir kimi tanımaq şərəfinə malikdirlər. Konqresin prezidenti Şapiro-Suliman universal mənəvi dəyərləri qəbul və müdafiə edən, möhkəm ailə institutunu dəstəkləyən, dinlərarası əməkdaşlığın möhkəmlənməsi işinə əhəmiyyətli töhfə verən, kütləvi informasiya vasitələri ilə işə məsuliyyətlə yanaşan insandır", - bu barədə Federasiyanın Konqresə ünvanladığı məkutbda deyilir. Məktubda Şapiro-Sulimanın İsrail və Azərbaycan, Azərbaycan və yəhudi xalqları arasında ikitərəfli əlaqələrin inkişafı, iudaizm və islam arasında dostluq və əməkdaşlıq körpüsünün təşkil edilməsində oynadığı xüsusi rol qeyd edilir.

Şapiro-Suliman çərşənbə günü Trend -ə müsahibəsində elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində Azərbaycan-İsaril proqram və layihələrinin hazırlanması və həyata keçirilməsində, həmçinin, Azərbaycan mədəniyyətinin geniş təbliği ilə bağlı təbliğat işinə yardımda Konqresin və həmfikirlər komandasının xüsusi əhəmiyyətini qeyd edib. Şapiro-Suliman qarşıya qoyulmuş məqsədlər sırasında Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, sağlam mənəvi dəyərlərin qorunması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsini sadalayıb.

Ümumi Dünya sülhü uğrunda Federasiya (Universal Peace Federation, UPF) Mun Son Men tərəfindən 2005-ci ilin sentyabrında Nyu-Yorkda, Bütün dünyada sülh Dinlərarası Millətlərarası Federasiyanın (IIFWP) təşkil etdiyi Liderlərin Beynəlxalq Toplantısı zamanı yaradılıb. Bu təşkilat Ümumi Sülh uğrunda Federasiyanın sələfidir. O, 1999-cu ildə yaradılıb və BMT-nin İqtisadi və Sosial Şurası nəzdində xüsusi məsləhətçi statusu alıb.

Şapiro-Suliman Moskva Sənaye İnstitutunun hüquq fakultəsini bitirib, SSRİ Mədəniyyət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Yaxın keçmişdə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, 2007-ci ilin avqusutundan isə, İsraildə aparıcı Azərbaycan diasporu funksiyasını yerinə yetirən və həyata keçirən Azərbaycanlılar Konqresinin prezidentidir.

Xəbər lenti

Xəbər lenti