Gürcüstan, Tbilisi, 31 yanvar / Trend , müxbir N.Kirtsxaliya / Cümə axşamı Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstanın yeni xarici işlər naziri David Bakradzenin Rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti olub. Bu barədə Gürcüstanın XİN-dən məlumat verilib.
Danışıq zamanı iki ölkə arasında əlaqələrin aktual mövzuları müzakirə olunub. Tərəflər, dialoqun güclənməsinin və Gürcüstanla Rusiya arasında əldə edilən danışıqların reallaşması üçün tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.