...

Gürcüstan parlamentinin spikeri müxalifətə prezidentin legitimliyi haqqında danışıqları dayandırmağı təklif edib

Dünya xəbərləri Materials 5 Fevral 2008 19:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 fevral/ Trend ,müxbir N.Kirtsxaliya/ Müxalifət dialoqa hazırdırsa, o, bütün dünyada tanınan hazırki hökuməti legitimlikdə ittiham etməyi dayandırmalıdır. Bu gün parlament Bürosunun iclasında spiker Nino Burcanadze bildirib.

Bu replika Yeni sağlar müxalifət fraksiyasının liderlərindən biri olan Mamuka Katsitadzenin bəyanatının ardınca səslənib. O, Büronun iclasında icra hakimiyyətinin legitimliyinin böyük sual altında olduğunu və bundan çıxış edərək, hazırki hökumətin təşəbbüsünə baxmağa ehtiyac olmadığını qeyd edib.

"Qeyri-legitimlik haqqında danışıqlar kəsilməlidir. Bu, danışıq mövzusu deyil", - Burcanadze bildirib.

Xəbər lenti

Xəbər lenti