...

Putinlə bir komandada işləyərkən, mühüm məsələlər üzrə qərarları prezident qəbul edəcək – RF yeni seçilmiş başçısı Dmitriy Medvedev

Dünya xəbərləri Materials 26 Mart 2008 03:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart / Trend / Vladimir Putinin başçılığı altında formalaşmış yeni hökümət zamanı, Rusiya Federasiyası daxili və xarici siyasəti ilə bağlı mühüm məsələlər üzrə qərarları ölkənin prezidenti qəbul edəcək. Trend xəbər verdiyi kimi, "Vesti" telekanalının məlumatına görə, bu barədə "The Financial Times" jurnalistinə müsahibəsi zamanı RF yeni seçilmiş prezideni Dmitriy Medvedev bildirib. Sizin hansınız başçı olacaqsınız - indiki RF prezidenti yoxasa RF yeni seçilmiş prezidenti sualına, Medvedev belə cavab verdi, mən bilirəm hansı səbəbə görə bu sual kütləvi informasiya vasitələrində belə çox hallanır.

"Bizi ki, misal üçün, bəzi Avropa ölklərində baş nazirlərin nazir müavini vəzivəsinə və xarici işlər naziri vəzifəsinə keçməsi təcübləndirmir. Normal siyasi vəziyyətin olmasını və birqədər əvvəl seçilmiş kursun davam etdirilməsini, hakimiyyətin bölünməsi prinsipinə arxalanan, qanunvericiliyin riayyət etməsində görürəm", - deyə Medvedev bildirmişdir.

Medvedevin sözlərinə görə, Rusiyanın tarixində, hər hansı bir rəhbərin karyerasının zirvəsində olarkən digər vəzifəyə keçməsin anologiyası olmayıb. Lakin prezident Putin əvvəlcədən demişdir ki, o Konstitusiyaya sadiq olacaq və iki müddət işləyəcək. Bu onu bildirir ki, Rusiyada artıq əsas qanuna hörmət formalaşıb.

"Hər bir hakimiyyət öz işi ilə məşqul olmalıdır. Prezident daxili və xarici siyasətin əsas istiqamətlərini müəyyən etməli. Ali baş komandan sayılır. İcra hakimiyyətinin formalaşdırılmasında əsas qərarları qəbul edir. Vətəndaşların hüquq və azadlıqlarını təmin edir. Hökümətin öz geniş səlahiyətləri var. O, bütün iqtisadi fəaliyyəti tənzimləyir, iqtisadiyyat sahəsində vacib qərarlar qəbul edir və sarə", - Deyə, o bildirdi.

Xəbər lenti

Xəbər lenti