...

Türkiyə İraqdakı neft və qaz ehtiyatlarının işlənməsinə dair tenderlərdə iştirak etmək hüququ qazanıb

Dünya xəbərləri Materials 23 İyun 2008 03:55 (UTC +04:00)

Türkiyə, Ankara, 23 iyun / Trend , müxbir T.Əliyev/ İraqdakı neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlı tenderlərdə  iştirakına daha əvvəl icazə verilən və beynəlxalq səviyyədə fəaliyyət göstərən 35 şirkətə Türkiyə, Vyetnam, Pakistan, Tailand, Anqola və Əlcəzairin dövlət şirkətlərinin də əlavə edildiyi bildirilir.

           

Bağdadla Ankara arasında uzun müddət müzakirə mövzusu olan Türk Petrolleri Anonim Ortaklığı - TPAO-nun İraqdakı neft və qaz ehtiyatlarının işlənməsinə dair tenderlərdə iştirakı ilə bağlı davam edən danışıqlar nəticə verib. Anadolu agentliyinin məlumatına görə, İraqın Neft Nazirliyi daha 6 ölkənin dövlət şirkətlərinin bundan sonra keçiriləcək tenderlərdə iştirakına icazə verib.

Ciddədə səfərdə olan Türkiyənin enerji naziri Hilmi Gülər Anadolu agentliyinə bildirib ki, Türkiyə İraqdakı tenderlərlə bağlı çox iş görüb və Bağdadın son qərarı sevindirici hadisədir. "O bölgənin geologiyasını ən yaxşı bilən bizlərik. Əvvəllər müştərək layihələrimiz olub. Bu işləri, təbii ki, əldən verməyəcəyikї ї deyə Gülər bildirib.

Nazirin fikrincə, bu, sadəcə neft çıxarmaq məsələsi kimi yox, eyni zamanda bölgənin inkişafına, sabitliyinə Türkiyənin töhfə vermək cəhdləri kimi qiymətləndirilməlidir.

Bu arada İraqın Neft Nazirliyinin nümayəndəsi Asım Cihad bildirib ki, onlar daha kiçik miqyaslı neft və qaz yataqlarının işlənməsi ilə bağlı tenderlərdə iştiraka dair şirkətlərə yeni bir müraciət göndərməyə hazırlaşırlar. Bu müraciətlərdə şirkətlərdən imkanları və xüsusiyyətləri haqqında məlumat istəniləcək.

Nazirlik nümayəndəsi müraciətin nə vaxt göndəriləcəyi ilə bağlı dəqiq məlumat verməsə də, їnazirlik ilk tenderləri təhvil verən kimi yeni müraciət göndərilə bilər'' deyib.

Xəbər lenti

Xəbər lenti