...

Ermənistanın siyasi və iş adamları arasındakı sıx əlaqələr demokratik dövlət institutlarının yaranmasına mane olur- Freedom House

Dünya xəbərləri Materials 24 İyun 2008 16:50 (UTC +04:00)

Ermənistanın siyasi və iş adamları arasında olan sıx əlaqələr şəffaf və demokratik dövlət institutlarının yaranmasına mane olur. "Azadlıq" radiosunun məlumatına əsasən, bu barədə hüquq müdafiəçisi təşkilatı Freedom House-un keçid dövrü ölkələri üzrə çərşənbə axşamı dərc edilmiş məruzəsində deyilir.

"Seçkilər zamanı baş vermiş pozuntular hakimiyyətə, siyasi və mülki fəaliyyətə inamsızlyq yaradır"- məruzədə qeyd edilir. Bu barədə Armİnfo xəbər verir. Məruzə müəlliflərinin fikrincə, Daqlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi xarici sərmayədarları qorxudur, ticarətin dövriyyəsinə və regional proqramlarda iştiraka mane olur. Müsbət fakt kimi, Ermənistanda makroiqtisadiyyatın nisbətən daha yaxşı inkişaf etməsi, ümumdaxili məhsulun 2007-ci ildə 13 faizə çatması göstərilir. Kasıbçılığın səviyyəsi enir. Əksər mütəxəssislərin fikrincə, əhali hələ də makroiqtisadiyyatdan kifayət qədər bəhrələnməyib.

Freedom House-un keçid dövrü ölkələri üzrə mütəxəssisləri məruzədə hər ölkəni doqquz əsas göstərici ilə qiymətləndiriblər. Qiymət yeddi ballıq sistem əsasında verilib. Məruzədə Ermənistan seçki prosesi göstəricisi üzrə 5,50 bal alıb. Bu göstərici 2006-cı ildə 5,75 təşkil edib. Bu ilin hadisələri təşkilatın 2009-cu ilki məruzəsində öz əksini tapacaq.

Mənbənin məlumatına əsasən, ötən illə müqayisədə, bəzi göstəricilər dəyişməz qalıb: "Vətəndaş quruculuğu"-3,50, "Müstəqil mətbuat"- 5,75, "Demokratik dövlət idarəçiliyi"-5,25, "Yerli demokratik idarəetmə"- 5,50 bal qiymətləndirilib. "Ədalət məhkəməsi və müstəqillik sistemi"-nin göstəricisi 5 - dən 5,25 - ə enib. "Korrupsiya"və "Demokratiya"-nın göstəriciləri, müvafiq olaraq, 5,75 və 5,21 olmaqla, dəyişməz qalıb.

Xəbər lenti

Xəbər lenti