Gürcüstan, Tbilisi, 08 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan DİN üç Rusiya təyyarəsinin Gürcüstanın hava sərhədlərini pozması barədə məlumat verir. DİN-in mətbuat xidmətinin bildirdiyinə görə, üç təyyarə - ehtimala görə SU-25 tipli təyyarələr Rusiya tərəfdən Cənubi Osetiya istiqamətindən Gürcüstan ərazisinə daxil olub.
"Təyyarələrdən biri Kareli şəhərinə (münaqişə zonasından kənarda) iki bomba atıb", - Gürcüstan DİN-in məlumatında bildirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]