...

Ukrayna hökuməti Gürcüstan əhalisinə humanitar yardımın göstərilməsi üçün 6 mln.dollardan çox vəsait ayırıb

Dünya xəbərləri Materials 12 Avqust 2008 19:42 (UTC +04:00)

Ukrayna, Kiyev, 12 avqust / Trend , müxbir Z.Novosvitski/Ukrayna hökuməti Gürcüstan əhalisinə humanitar yardımın göstərilməsi üçün 30 mln. qriven (6 mln.dollardan çox) ayırıb.

Məlumatlara əsasən, Ukrayna Nazirlər Kabineti avqustun 11-də keçirilmiş növbədənkənar iclasında, Gürcüstan əhalisinə humanitar yardımın göstərilməsi barədə qərar qəbul edib.

Ukrayna hökuməti münaqişənin gərginləşməsindən əziyyət çəkən Gürcüstanın mülki əhalisinə, birinci dərəcəli ləvazimatları göndərəcək, zərər çəkmiş vətəndaşlara isə tibbi yardım göstəriləcək.

Xəbər lenti

Xəbər lenti