Rusiya, Moskva, 14 avqust / Trend , müxbir R.Ağayev/ Rusiya tərəfi Qori administrasiyası ilə əlaqələri yoluna qoyub. Bu barədə cümə axşamı Moskvada keçirilən brifinqdə Rusiya Federasiyası Baş Qərargahı rəisinin müavini Anatoli Noqovitsın bildirib.
"Bu günədək biz Qori administrasiyası ilə əlaqələri yoluna qoya bilmişik və indi biz onlarla işə başlamağa və vətəndaşların təhlükəsizliyini təmin etməyə səy göstəririk", - deyə Noqovitsin bildirib.