...

Beynəlxalq təcrid Rusiyada böhrana səbəb olacaq - David Darçiaşvili

Dünya xəbərləri Materials 15 Avqust 2008 13:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ-ın Rusiyaya qarşı apardığı ardıcıl siyasət Moskvanın ciddi zəifləməsinə səbəb ola bilər. Bu fikri Gürcüstan parlamentinin Avrointeqrasiya  üzrə Komitəsinin sədri David Darçiaşvili bildirib.

"Kremlin özündə heç də hər şey qaydasında deyil. Vaşinqtonun sərt mövqeyi mövcud qarşıdurmanı daha da dərinləşdirə bilər", - o deyib.

Darçiaşvili hesab edir ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etsə, "bu ölkə dünyadan təcridə dözə biləcək qüdrətə malik deyil". "Bu halda Rusiyada böhran qaçılmazdır", - gürcü deputatı hesab edir.

Xəbər lenti

Xəbər lenti