...

Gürcüstan Aİ və NATO-dan Rusiyanın qadağan olunmuş kaset bombalarından istifadəsi faktının təsdiq edilməsi üçün ekspertlərin göndərilməsini tələb edir

Dünya xəbərləri Materials 15 Avqust 2008 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Gürcü tərəfi Aİ və NATO-dan Rusiyanın qadağan olumuş kaset bombalarından istifadə etməsi faktının təsdiq edilməsi üçün beynəlxalq ekspertlər qrupunun göndərilməsini tələb edir. Gürcüstanın NATO-dakı səfiri Revaz Beşidzenin jurnalistlərə dediyinə görə, gürcü tərəfində bu faktı təsdiq edən sübutlar var.

"Biz bu məlumatları təqdim edəcəymiz və Rusiyanın qadağan olunmuş silahdan istifadə etməsi faktını təsdiq edə biləcək ekspertlərin göndərilməsini xahiş edirik", - o bildirib.

Hüquq müdafiəsi təşkilatı Human Rights Watch (HRW), avqustun 14-də bəyan edib ki, onun tədqiqatçıları, Rusiya HHQ-nin Gürcüstanın yaşayış məntəqələrinə kaset bombaları atmasını və nəticədə 11 nəfərin həlak olması və onlarla insanın yaralanması ilə əlaqədar sübutlar əldə ediblər.

Avqustun 12-də Rusiya təyyarələri Kareli rayonunun (Mərkəzi Gürcüstan) Ruisi kəndinə RBK-250 tipli kaset bombaları atıb, nəticədə üç nəfər yerli sakin həlak olub, - HRW-un bəyanatında deyilir. Elə həmin gün, Qori şəhərinin mərkəzinə kaset bombası hücumu nəticəsində, ən azı 8 dinc sakin, o cümlədən Hollandiyadan olan jurnalist həlak olub, onlarla insan yaralanıb, - HRW məlumat verir.

"Kaset bombalar fərq qoymadan, hamını məhv edir. Bu səbəbdən, əksər dövlətlər onu qanunsuz elan ediblər. Bu silahdan Rusiyanın istifadə etməsi, təkcə vətəndaşlar üçün məhvedici deyil, o həm də bu silahla əlaqədar humanitar fəlakətin qarşısının alınmasına istiqamətlənmiş beynəlxalq təşəbbüsləri də təhqir edir",- HRW-un hərbi ekspert Mark Qarlasko deyb.

Xəbər lenti

Xəbər lenti