...

AB nümayəndələri Gürcüstan və Rusiya arasında imzalanmış razılaşmanın icrasını yoxlayacaqlar - Avropa komissiyasının sədri

Dünya xəbərləri Materials 2 Sentyabr 2008 01:07 (UTC +04:00)
AB nümayəndələri Gürcüstan və Rusiya arasında imzalanmış razılaşmanın icrasını yoxlayacaqlar - Avropa komissiyasının sədri

Azərbaycan, Bakı, 1 sentyabr / Trend müxbir İ.Sultanov/ Gələn həftənin bazar ertəsi biz Tbilisi və Moskvaya səfər edəcəyik. Bu səfər Gürcüstan və Rusiya arasında imzalanan razılaşmanın icra prosesinin yoxlanılması üçün əsas olacaq. Bu barədə Brüsseldə Avropa Birliyinin Gürcüstanla bağlı sammitindən sonra Avropa komissiyasının sədri Joze Manuel Barrozu məlumat verib. Onun sözlərinə görə, səfərlər zamanı AB ilə Moskva arasındakı gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək imkanı olacaq.

Barrozu həmçinin bildirib ki, sammitdə Gürcüstana yardımın göstərilməsi detalları nəzərdən keçirilib. "Konkret olaraq zərərçəkmiş Gürcüstan vətəndaşlarına yardımın göstərilməsi məsələsi müzakirə edilmişdir", - deyə o bildirib.

Avropa komissiyasının sədri tərəflər arasında inam mühitinin bərpası üçün dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıb. "Gürcüstanın müvafiq razılşmanın müddəalarını icra etməsi gərəkdir", - deyə o qeyd edib.

Barrozu həmçinin əlavə edib ki, AB üzvləri siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi, habelə azad ticarət zonaların yaradılması ilə bağlı razılıq əldə ediblər.

Xəbər lenti

Xəbər lenti