...

İsrail XİN başçısı Sipi Livni "Kadima" partiyasına başçılıq edəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2008 04:38 (UTC +04:00)

İcrail, Qüds, 18 sentyabr / Trend müxbir Arye Qut / İsrailin 10-cu telekanalanın iqtidar partiyası olan "Kadima"nın praymerizi zamanı keçirdiyi sorğuya əsasən Sipi Livni qalib gəlib. Sorğuya əsasən İsrailin XİN başçısı partiya üzvlərinin səslərinin 49 faizini, Şaul Mofaz ї 37 faizini, Avi Dixter və Meir Şitrit isə hərəyə 7 faiz qazanıblar. Seçki məntəqələrinə "Kadima"nın cəmi 50 faiz üzvü (36 min adam) təşrif buyurub. Müstəqil şərhçilər iqtidar partiyası üzvlərinin fəallığının həddən artıq aşağı olduğunu bildirirlər. Güman ki, prezident Şimon Peres yeni hökumətin formalaşdırılmasını məhz Livniyə tapşıracaq.

Sipi Livni 1958-ci ilin iyulun 5-də anadan olub. Ordudan təxris edildikdən sonra Livni Bar-İlan universitetinin hüquq fakültəsini bitirib. 1980-1984-cü illərdə Sipi "Mossad" strukturunda xidmət edib. Sonra özəl vəkilliklə məşğul olub.

1996-cı ildə baş nazir Benyamin Netanyahunun qərarı ilə Livni Dövlət şirkətləri İdarəsinin direktoru vəzifəsinə təyin edilib. Bu vəzifədə o dövlət korporasiya və monopoliyaların özəlləşdirilməsi ilə bağlı məsələlərə cavabdeh olub. 1999-cu ildə "Likud" partiyasından Knessetə deputat seçilib.

2001-ci ildə Ariel Şaronun hökumətində regional əməkdaşlıq naziri olub, sonra portfelsiz nazir və kənd təsərrüfatı naziri vəzifələrində işləyib. 2003-cü ildə absorbsiya, 2004-cü ildə isə tikinti naziri olub. 2005-ci ildə Şinuy partiyasın hökumətindən çıxdıqdan sonra ədliyyə naziri olub. 2005-ci ilin sonunda "Likud" partiyasının sıralarını tərk edib və Ariel Şaronun yaratdığı "Kadima" partiyasına qoşulub. 2006-cı ilin yanvarın 18-də Exud Olmert Livniyə XİN başçısı vəzifəsini təklif edib və o bu təklifi qəbul edib.

Güman olunur ki, Livni Olmerti baş nazir postunda əvəz edəcək və İsrail tarixində əfsanəvi Qolda Meyrdən sonra bu posta yiyələnən ikinci qadın olacaq. Eyni zamanda Livni öz ölkələrinə rəhbərlik edən qadın-həmkarlarına qoşulmaq imkanı yaranacaq. Hazırda Yamayka, Almaniya, Finlandiya, Latviya, Çili, Liberiya və Filippində ölkəni qadınlar idarə edir.

Xəbər lenti

Xəbər lenti