...

Qərb Belarusda keçirilən parlament seçkilərini tanımamaq üçün çətin ki, əsas tapa bilsin - Aleksandr Lukaşenko

Dünya xəbərləri Materials 28 Sentyabr 2008 16:15 (UTC +04:00)
Qərb Belarusda keçirilən parlament seçkilərini tanımamaq üçün çətin ki, əsas tapa bilsin - Aleksandr Lukaşenko

Müşahidəçilər və Qərb dövlətləri respublikada keçirilən parlament seçkilərini tanımamaq üçün çətin ki, əsas tapa bilsinlər. Belə bir bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko bu gün seçki məntəqəsində jurnalistlərin suallarını cavablandırarkən çıxış edib.

"Seçkiləri özümüz üçün, öz xalqımız üçün keçiririk", - deyə o vurğulayıb.

Lukaşenko həmçinin müxalifətlə bağlı fikirlərini açıqlayıb. "Belarus müxalifətinin siyasi həyatı uzunmüddətli deyil", - deyə dövlət başçısı bildirib.

Belta agentliyinin məlumatına görə, Belarus prezidenti hesab edir ki, ölkəsinə konstruktiv müxalifət lazımdır. Onun fikrincə, müxalifət xaricdən aldığı pullar hesabına yox, öz siyasi fəaliyyətinə görə mövcud olmalıdır.

Xəbər lenti

Xəbər lenti