...

TURKSOY-un növbəti XXVI toplantısı gələn il Bakıda keçiriləcək

Dünya xəbərləri Materials 27 Oktyabr 2008 10:03 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 27 oktyabr  / Trend R.Məşədihəsənli/ TURKSOY-un növbəti XXVI toplantısı gələn il Bakıda keçiriləcək. Ötən gün öz işini Bişkek şəhərində başa çatdıran TÜRKSOY təşkilatının XXV toplantısında belə qərar qəbul olunub və sədrlik Türkiyənin Mədəniyyət naziri Ərtoğrul Günaya həvalə olunub.  

TURKSOY-un bundan əvvəlki baş direktoru Dyüsen Kaseinov Trend -ün müxbirinə eksklüziv müsahibəsində deyib ki, TÜRKSOY hər dəfə öz toplantısını ən əlamətdar hadisələrin və tədbirlərin qeyd olunduğu bir vaxta salır. Məsələn, Qırğızıstanda keçirilən növbəti toplantımız dünyaşöhrətli yazar Çingiz Aytmatovun anadan olmasının 80 illik yubileyinə təsadüf edirdi. On il əvvəl də Aytmatovun sağlığında onun 70 illik yubileyi zamanı TÜRKSOY-un iclası Bişkekdə keçirilib.

Kaseinovun sözlərinə görə, gələn il Bakı şəhəri İslam Mədəniyyətinin Mərkəzi adını daşıyacağını nəzərə alaraq, TÜRKSOY-un XXVI toplantısını Azərbaycanın ana şəhərində keçirmək planlaşdırılıb. Tədbirlərin çoxluğuna görə, dəqiq vaxtı hələlik məlum deyil. Ökələrimizin Mədəniyyət nazirləri ilə razılaşdıqdan sonra tarixini açıqlayacağıq.

Trend -ün "TÜRKSOY hansı mühüm tədbirlər keçirməyi nəzərdə tutur?" sualına Dyüsen Kaseinov cavabında bildirib ki, Türk Dünyası istedadlarının üzərə çıxarılması istiqamətində teatr, musiqi, balet, poeziya, rəssamlıq və sair üzrə müsabiqələr keçiriləcək və qaliblərə TÜRKSOY-un xüsusi təqaudləri veriləcək. Misal üçün artıq bu dönəmdə "Ədəbiyyat və İncəsənət sahəsindəki xidmətlərinə görə" mükafata layiq görülən Çingiz ağamızın mükafatını rəhmətliyin xanımına təqdim etdik. Bu barədə qərar isə hələ yazarın sağlığında qəbul olunmuşdu. Önümüzdəki aylarda ənənəvi olaraq Türkdilli xalqların "Tuqanlıq" teatr festivalını Başqırdıstanda keçirmək qərarına gəldik. Çünki orada bir sıra mühüm əhəmiyyətli tədbirlər planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti