Ukrayna baş naziri Yulya Timoşenko prezident Viktor Yuşenkonun, Ali Radada koalisiyanı bərpa etmək məqsədi ilə, irəli sürəcəyi istənilən "ağıllı" təklifini icra etməyə hazır olduğunu bildirib. UNİAN agentliyinin xəbər verdiyi kimi, bunu Timpşenko "kanal 5"-ə müsahibəsində qeyd edib.
Koalisiyanı bərpa etmək naminə, 2010-cu ildə Ukraynada keçiriləcək prezident seçkilərində, namizədliyindən imtina edəcəkmi sualına cavab verən Timoşenko deyib, "Ukrayna prezidentinin bütün ağıllı təklifləri mən qəbul etməyə, dəstəkləməyə hazıram, habelə Ukrayna naminə o komanda ilə irəli getmək istəyirəm ki, həmin komanda birgə fəaliyyət göstərsin".
Timoşenko, Ukraynada maliyyə böhranının qarşısı alımaq üçün Ali Radanın fəaliyyətinin bərpasını zəruri hesab edib.
O, cümə günü keçirilən səsvermədə, koalisiyanın yaradılmasının mükünlüyünün bir daha təsdiq olunduğunu nəzərə çatdırıb.