...

ABŞ prezidentliyinə namizədlər Pensilvaniya və Oqayo ştatlarından olan seçicilərin səslərini qazanmağa çalışırlar

Dünya xəbərləri Materials 3 Noyabr 2008 02:54 (UTC +04:00)
ABŞ prezidentliyinə namizədlər Pensilvaniya və Oqayo ştatlarından olan seçicilərin səslərini qazanmağa çalışırlar

ABŞ-ın prezidentlik kürsüsü uğrunda gedən mübarizədə demokratlar partiyasından namizəd Barak Obama və respublikaçıların təmsilçisi Con Makkeyn Ağ Evin taleyini həll edə biləcək Pensilvaniya və Oqayo ştatlarından olan seçicilərin dəstəyini qazanmağa çalışırlar. Belə ki, ən çox seçici məhz bu ştatlarda qeydiyyatdadı.

Bi-Bi-Si xəbər verir ki, bazar günü Makkeyn Pensilvaniyada, Obama isə Oqayoda öz seçicilərinə müraciət ediblər.

2004-cü ildə keçirilmiş prezident seçkilərində  Oqayo ştatında respublikaçılar üstünlük qazanıblar. Mütəxəssislərin fikrincə Makkeyn qələbə qazanmaq üçün bu uğuru təkrarlamalıdı.  

Ötən seçkilərdə Pensilvaniya ştatında demokratlar üstünlük əldə etmişdi. Məhz, buna görə də, ictimai rəy sorğularında üstünlüyünü saxlayan, Obama üçün bu ştatda yaşayan seçicilərin səsi böyük əhəmiyyət kəsb edir.

Keçirilmiş sorğular Obamanın üstünlüyünü təsdiq etsə də Makkeyn Pensilvaniyadakı çıxışı zamanı deyib, "Mən bilirəm və hiss edirəm ki, biz Pensilvaniyada və ümumiyyətlə bu seçkilərdə qələbə qazanacağıq". 

Xəbər lenti

Xəbər lenti