...

Kalininqraddakı raketlər Obama üçün ilk sınaqdır

Dünya xəbərləri Materials 7 Noyabr 2008 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir Y.Ostapenko/Rusiyanın Kalininqrad əyalətində raketlər quraşdırmaq niyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamaya təzyiq və onun administrasiyasının möhkəmliyinin yoxlanılması üsuludur, - ekspertlər hesab edir.

"Belə təəssürat yaranır ki, Medvedyevin ismarıcı Barak Obamaya təzyiq göstərmək və onun sınağa çəkilməsi üsuludur, - beynəlxalq təhlükəsizlik üzrə avropalı ekspert Antonio Missiroli (Antonio Missiroli) hesab edir. Bu, Moskvanın istifadə edə biləcəyini düşündüyü əsas vasitədir".

Rusiya prezidenti Dmitri Medvedyev Federal Məclis qarşısında çıxışında Avropada Amerikanın Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin quraşdırılmasına cavab olaraq,  Kalininqrad əyalətində "İskander" raket komplekslərini və Çexiyadakı Amerika radarlarını "boğmaq" üçün nəzərdə tutulmuş radiolokasiya stansiyaları yerləşdirməklə təhdid edib.

Ekspertlər, Çexiya Respublikasında ABŞ- ın raket qalxanının zəruriliyi barədə şübhələrin güclü olduğu vaxtda Rusiyanın xarici siyasətdə belə aqressiv mövqe göstərməsinə təəccüb edirlər.

"O - [Medvedyev], Buş "erasının" sonundan xəbər verən Obamanın seçilməsinin müsbət məqamlarını vurğulmaq əvəzinə,  soyuq müharibə və təhdidlər ritorikasına keçib", - Belçikanın Avropa Siyasəti Mərkəzi (European Policy Centre) tədqiqatlar şöbəsinin direktoru Missiroli elektron poçtla Trend -a bildirib.

Bu, ilk növbədə, Rusiya və Qərb arasında qarşıdurmanın güclənməsinə yönəlmiş mənasız təxribatdır, - rusiyalı hərbi ekspert Pavel Felqenhauer Moskvadan telefonla Trend ­-a bildirib.

Raketləri Avropaya tuşlamaq həm hərbi, həm də siyasi baxımdan mənasızdır, - o hesab edir və bunu, belə qanadlı raketləri yerdə deyil, hava daşıyıcılarında quraşdırmağın lazım olması ilə izah edir.

"İskander" operativ - taktiki raket kompleksi bir buraxıcı qurğuda 2 raketə malikdir. O, 280 km məsafəyədək düşmənin atəş vasitələrinə, RƏM sistemi və Hava Hücumundan Müdafiə (HHM) obeyktlərinə, aerodromlardakı aviasiyaya, idarəetmə və əlaqə mərkəzlərinə, mülki infrastrukturun vacib obyektlərinə zərbə endirmək iqtidarındadır.

Raketlər kiçik ölçülü və sahəli hədəflərə effektli zərbə endirə, iki müxtəlif hədəfi 1 dəqiqə intervalla vura bilərlər.

Rusiyanın Kalininqrad əyalətində raket kompleksləri və radiolokasiya stansiyaları yerləşdirmək niyyəti ABŞ- ın reaksiyasına səbəb ola bilər.

Birləşmiş Ştatlar iki üsulla cavab verə bilər, - amerikalı hərbi ekspertlər hesab edirlər.

ABŞ  da belə bir mövqedən çıxış edə bilərdi ki, bu da daha çox antoqonizmə gətirərdi, - aparıcı amerikalı hərbi analitik Viktoriya Samson (Victoria Samson) elektron poçtla Trend - a bildirib.

"Biz həm də bu vəziyyətdən dialoqun bərpası üçün çıxış nöqtəsi kimi istifadə edə və Avropada RƏM - in quraşdırılması üzrə planlarda nəyisə dəyişməzdən əvvəl, təhlükəsizlik tədbirləri üzrə  Rusiya tərəfinin öhdəliklərini ala bilərik", - o hesab edir.

Lakin ballistik raketdən müdafiə məsələləri üzrə amerikalı ekspert Beyker Sprinq (Baker Spring) Obama administrasiyasının Avropada raketdən müdafiə üzrə saziş üzərində işlərin başa çatdırılmasını dəstəkləyəcəyinə və bundan əlavə, bu, NATO və xüsusilə də Aİ - nin bu layihə üzərində himayəsini gücləndirəcəyinə ümid ifadə edir.

Rusiyanın mövqeyi RF və Aİ arasında yeni Avropa təhlükəsizliyi müqaviləsinin imzalanmasına da təsir edə bilər.

Rusiya prezidentinin təklif etdiyi Avropa təhlükəsizliyi haqqında yeni müqavilənin müzakirəsi noyabrın ortalarında Nitsada keçirilməsi planlaşdırılan Rusiya - Aİ sammitinin əsas mövzusu olacaq. Bu müqavilə ötən ilin noyabrında vaxtı başa çatmış əvvəlki müqaviləni əvəz etməlidir.

Kalininqraddakı "İskander" raketlərinin Rusiyanın Aİ ilə danışıqlarına təsiri haqqında müxtəlif əks fikirlər var.

"Aİ və ABŞ arasında: təhlükəsizlik və sülhməramlılığın yenidən qiymətləndirilməsi"

nəşrinin müəllifi Missiroli vəziyyətin inkişafını bədbincəsinə görürür. Bu plan real olaraq təklif edilibsə, Avropa təhlükəsizliyi haqqında təklif edilən müqavilə [Rusiya ilə] dərhal "öldürüləcək", - o hesab edir.

Rusiyalı ekspert Felqenhauer liberal mövqedən çıxış edərək hesab edir ki, Medvedyevin qərarı Rusiya və Aİ arasındakı münasibətləri əsaslı şəkildə dəyişməyəcək və danışıqlara mane olmayacaq; "İskander" raketləri Avropa üçün təhdid kəsb etmir.

Yalnız Rusiyanın Baş naziri Vladimir Putnin həqiqi dostu və həmişə Rusiyanın tərəfini tutan yeganə avropalı lider Berluskoni çox nikbin əhval-ruhiyyədədir.

"Hazırki məqamda həm Avropa İttifaqı, həm də Rusiya üçün tamamilə müsbət olan tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması yolunda heç bir maneə görmürəm", - Berluskoni cümə axşamı Rusiya - İtaliya dövlətlərarası məsləhətləşmələrin yekunları üzrə keçirilmiş mətbuat konfransında bildirib, - RİA Novosti yazır.

Məqalənin yazılmasında V.Javoronkova və E.Tariverdiyeva ad iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti