İsrail, Qüds, 13 noyabr/ Trend , müxbir A.Qut/ ABŞ - ın yeni seçilmiş prezidenti Barak Obama Ağ Evin sahibi olacaq birinci afroamerikalı olmaqla tarix yazıb. O, həmçinin, atası müsəlman olan birinci prezidentdir, - Jerusalem Post Londonun Times qəzetinə istinadən cümə axşamı yazır.
Lakin indi təəccübə başqa səbəb də var;İsrailiin şimalındakı Bir əl-Maksur bədəvi kəndinin sakinləri Obamanın hələ bədəvi olduğunu da iddia edirlər. "Biz ona yazdığımız məktubda geneoloji əlaqəni izah etmişik", - yerli şuranin deputatı şeyx Əbdül Rəhman Abdulla bildirib. Abdullanın məlumatına görə, məhz onun 95 yaşlı anası bu qohumluq əlaqələrini müəyyən edib.
Times-a göndərilmiş videosüjetdə Abdulla onların ailəsinin amerikalı qohumları ilə əlaqəni necə başa düşməsini dəqiq təsvir edib. Demokrat senatoru televizorda görən Abdullanın anası onun Fələstin şeyxlərinin ötən əsrin 30-cu illərdə işə götürdükləri afrikalı mühacirlərdən biri ilə qeyri-adi oxşarlığını görüb. Guya Obamanın keniyalı nənəsinin qohumu olan afrikalı "qastrabayter" fələstinli qızla ailə qurub və o vaxtdan, gələcək ABŞ prezidentinin bədəvi qohumlarının sayı səkkiz min nəfərə çatıb.
"Bu versiyanı yoxladıqdan sonra, anladıq ki, Barak Obama ilə çox yaxın bağlıyıq. Bunun yalnız güman edilməsi bədəvi tayfası üçün möcüzə olub. İnsanlar çox xoşbəxtdirlər. Bu, biz qara və bədəvilərdən ilk prezidentdir, - şeyx bildirib. - Barak Obama qələbə qazananda, biz yeni doğulan körpələri onun şərəfinə adlandırdıq".