...

İran BMT-nin bu ölkədə insan haqlarının pozulmasına dair qətnaməsinin qəbuluna mane ola bilmədi

Dünya xəbərləri Materials 22 Noyabr 2008 07:49 (UTC +04:00)

BMT-nin əsas komitələrindən birində İranda insan haqlarının pozulmasını pisləyən qətnamənin qəbuluna dair keçirilən səsvermənin nəticələri Qərb ölkələrinin nümayəndələrini razı salıb.  Reuters agentliyi xəbər verir ki, BMT-dəki İran nümayəndələri qətnamənin Baş Assambleyanın 3-cü komitəsində qəbul edilməməsi üçün səy göstərsələr də, İran tərəfinin etirazı 81 səs əleyhinə, 71 leyhinə olmaqla qəbul edilməyib. Qeyd edək ki, ötən il müvafiq etiraz yalnız 1 səs üstünlüklə qəbul edilməmişdi.

Sonra komitə qətnaməni 70 səs leyhinə, 50 səs əleyhinə olmaqla qəbul edib. BMT Assambleyasında qətnamə üzrə səsvermə gələn ay keçiriləcək. Bəzi diplomatların fikrincə səsvermə yenə də İranın xeyrinə olmayacaq.

Qətnamə İranda dustaqların cəzalandırılmasına, azyaşlıların edamına, etnik azlıqların diskriminasiyasına, din azadlıqlarının məhdudlaşdırılmasına və s. qarşı çıxış edir.

Xəbər lenti

Xəbər lenti