Türkiyə, Ankara, 02 dekabr/ Trend , müxbir A.Ələsgərov/ ABŞ -ın Türkiyə Respublikasında yeni səfiri Ceyms Ceffri Ankarada vəzifəsinin icrasına başlayıb.
Yeni səfir əvvəllər Türkiyədə, ABŞ -ın diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi Adana şəhərində diplomatik vəzifə icra edib.
"Cümhuriyyət" qəzetinin verdiyi xəbərə görə, Ceffri paytaxt aeroportunda Türkiyəyə yenidən qayıtmağından çox məmnun olduğunu bildirib.