Azərbaycan, Bakı, 27 dekabr/ Trend / İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İsrailin Qəzzə Zolağını bambardıman etməsini pisləyib.
Qəzzə zolağının İsrail hərbi uçaqları tərəfindən bombardımanlara məruz qalması nəticəsində çox saylı günahsız insanların ölməsi, İsrailin qara dosyelərinə daha bir qara dosye artırdı. Hücumlar insan haqlarının açıq-aşkar pozulması deməkdir, şənbə günü İran İslam Respublikasının Azərbaycandakı səfirliyi mətbuat-xidmətinin yaydığı məlumatında deyilir.
Qəzzədə törədilən faciələrin cəvabdeh olan beynəlxalq təşkilatların, eləcə də insan haqlarına iddiaçı olan ölkələr tərəfindən sükutla qarşılanması, onların insan haqlarına dair iddialarında qeyri-səmimi olmasına və ikili standartlarla yanaşmasınıa dəlalət edir.
İran İslam Cumhuriyyətinin səfirliyi beynəlxalq təşkilatlardan, İslam Konfransı Təşkilatına üzv olan ölkələrdən və bütün müsəlman ölkələrdən istəyir ki, İsrail cinayətlərinin dayandırılması istiqamətində təcili addımlar atsınlar.