...

Bakıda qaz partlayışlarının əsas səbəbi abonentlər tərəfindən təhlükəsizlik qaydalarının pozulmasıdır – "Azəriqaz"ın rəhbəri

Dünya xəbərləri Materials 20 Yanvar 2009 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar/ Trend , müxbir E.İsmayılov/ Qaz partlayışı və onun sızması hallarının baş verməsinin əsas səbəbi abonentlər tərəfindən təhlükəsizlik qaydalarının pozulmasıdır, - "Azəriqaz" QSC- nin rəhbəri Əlixan Məlikov çərşənbə axşamı bildirib.

"Həm Nəsimi, həm də Nərimanov rayonlarındakı partlayışlar istilik sisteminin olmadığı binalarda baş verib. İstilik sistemi olmadığından, bu binalarda yaşayan istehlakçıların belə binalarda istifadəsi qəti şəkildə qadağan olunsa da, qanunsuz istilik qaz cihazlarından istifadə edirlər. Və bu cihazlar, müvafiq təlimatlar olmadan, rezin şlanqlar vasitəsilə quraşdırılır. Bacalar də düzgün çəkilmir, - Məlikov deyib.

Onun sözlərinə görə, yanvarın 16 - da Cavad Xan küçəsi 30 ünvanında yerləşən yaşayış binasında baş vermiş qaz partlayışından sonra (5 nəfər həlak olub, 10 nəfər yaralanıb) Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə  xüsusi müşavirə keçirilib, müşavirədə daxili işlər, fövqəladə hallar nazirliklərinin, Patent üzrə Dövlət Komitəsi, Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

Müşavirədə rayon və şəhərlərin icra hakimiyyətlərində mərkəzləşdirilmiş qərargahlar yaratmaq barədə qərar qəbul edilib. Yoxlamalara müqavimət göstərəcək abonentlərə qarşı müvafiq tədbirlər görüləcək.

Yanvarın 16 - da Bakıda, Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib və bir girişin dörd və beşinci mərtəbələri tamamilə dağılıb.

Hadisə nəticəsində beş nəfər həlak olub, 10 nəfər yaralanıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev həmin gün bildirib ki, ilkin versiyalara görə, partlayış mənzillərdən birində qaz sızması nəticəsində baş verib.

Bakıda, Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli binada baş verən partlayışla əlaqədar, Orxan Əliyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Trend - a bazar ertəsi paytaxt prokurorunun birinci müavini Fazil Həsənəliyev bildirib.

Əliyev  həmin binanın 60 - cı mənzilinin sakinidir. O, Bakının Nəsimi rayon Polis İdarəsi 19 - cu bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əliyev Cinayət Məcəlləsinin 124.2 (Ehtiyatsızlıqdan iki və daha artıq insanın öldürülməsi) və 187.3 (ağır nəticələrə gətirib çıxaracaq ehtiyatsızlıq üzündən əmlakın məhv edilməsi və ona ziyan vurulması) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti