...

Ermənistan və Türkiyə XİN başçıları Münhendə bir araya gəldilər

Dünya xəbərləri Materials 8 Fevral 2009 09:53 (UTC +04:00)

Türkiyə XİN başçısı Əli Babacan şənbə günü Münhendə keçirilən 45-ci beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ermənistan XİN rəhbəri Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb. Bu barədə Türkiyə XİN-in mətbuat katibi Burak Özügergin məlumat verib.

"Görüş zamanı tərəflər erməni-türk münasibətlərinin normallaşması ilə bağlı məsələləri müzakirə ediblər", - deyə o bildirib.

CNNTurk agentliyinin yaydığı xəbərə görə, Sarqsyanla görüş zamanı Babacan ümidvar olduğunu bildirib ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesi müsbət nəticələr verəcək. Onun fikrincə, bölgədə əldə olunan sülh hər iki tərəfə müəyyən üstünlüklər verəcək.

Hüriyyət qəzetinin yazdığına görə, Babacan həmçinin ABŞ vitse-prezidenti Co Baydenlə görüşüb, habelə Almaniya, Estoniya və Finlyandiya XİN başçıları ilə təmaslar keçirib.

Xəbər lenti

Xəbər lenti