...

Mahmud Abbas Netanyahu hökuməti ilə danışıqlar aparmayacaq

Dünya xəbərləri Materials 20 Fevral 2009 18:35 (UTC +04:00)

Əl-Cəzirə saytının verdiyi xəbərə görə, Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas bildirib ki, İsrail hökumətinə Benyamin Netanyahu rəhbərlik etdiyi halda danışıqlardan imtina edəcək.

Bu gün İsrail prezidenti Şimon Peres "Likud" partiyasının lideri Netanyahuya yeni hökuməti formalaşdırmaq tapşırığı verib. Netanyahu öz növbəsində  bu təklifi qəbul edib və altı həftə ərzində gələcək hökuməti formalaşdırmalıdır. İsrail Knessetinə keçirilən seçkilərdə "Likud" 27 səs toplayaraq "Kadima"dan bir səs geri düşməsinə baxmayaraq, Netanyahu Knessetin 65 üzvünün razılığını əldə edə bilib.

Abbasın bəyanatına səbəb isə Netanyahunun İsrail-Fələstin sülh prosesində tutduğu sərt mövqeyidir.

Xəbər lenti

Xəbər lenti