...

Qazaxıstanın Qırğızıstandakı səfiri ölkənin Talas vilayətində olub

Dünya xəbərləri Materials 21 Fevral 2009 23:31 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 21 fevral / Trend müxbir R.Мəşədihəsənli/ Qazaxıstanın Qırğızıstandakı səfiri Bakıt Ospanov şənbə günü Qırğızıstanın Talas vilayətində olub. Bu barədə Trend müxbirinə səfirlikdən məlumat verilib.
Ospanov vilayətin sosial-iqtisadi durumu ilə tanış olmaq məqsədilə vilayətin qubernatoru və iş adamları ilə görüşüb.
Səfir eyni zamanda Talasda fəaliyyət göstərən Qazax Mədəniyyət Mərkəzində qazax diasporunun təmsilçiləri ilə də görüş keçirib.

Xəbər lenti

Xəbər lenti