...

Mart ayında Qırğızıstan müxalifətinin kütləvi mitinqi ola bilər – qırğız parlamentinin sosial-demokratlar qrupunun rəhbəri

Dünya xəbərləri Materials 26 Fevral 2009 00:10 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 fevral / Trend , müxbir R.Мəşədihəsənli/ Mart ayında Qırğızıstan müxalifətinin kütləvi mitinqi ola bilər. Bu fikirləri Trend müxbirinə çərşənbə günü Qırğız parlamentinin Sosial-demokratlar qrupunun rəhbəri Baktıbek Beşimov məlumat verib.

Beşimovun sözlərinə görə, ölkə müxalifətinin 2008-ci ilin dekabrında keçirdiyi qurultayda Qırğızıstan prezidenti və baş nazirdən sosial-iqtisadi, siyasi sahədə köklü dəyişikliklər aparılmasına dair tələb irəli sürmüşdü və 2009-cu ilin mart ayına qədər ölkə rəhbərliyinə möhlət verilmişdi. "İndi hər şey prezident və hökumətin müxalifətin tələblərinə mart ayında necə əməl edəcəyindən asılıdır. Əks təqdirdə, siyasətin iki üzü olduğu kimi, müxalifət tələbinin üstündə duracaq. Bu birinci amil. İkinci də, Qırğızıstan Ioqorku Keneşinin (parlamentin) deputatları olaraq, respublikanın bütün bölgələrində seçicilərimizlə, əhali ilə keçirdiyimiz görüşlərdə, məsələn mən və məsləkdaşlarımın bir qrupu Narın vilayətindəki görüşlərimizdə bir daha hiss etdik ki, əhalidə etiraz əhval-ruhiyyəsi getdikcə artır, müxalifətə mitinq, piket, nümayiş və yürüşlər keçirməyə dair müraciətlərin sayı çoxalır."- deyə Qırğızıstan Sosial-Demokrat Partiyasının parlamentdəki qrup rəhbəri  Baktıbek Beşimov bildirib.

"Mənim fikrimcə, artan etiraz tələbləri Qırğızıstandakı siyasi, iqtisadi, sosial böhranın dərinləşməsi və vəziyyətin həddindən çox ağır məcraya yönəlməsi ilə bağlıdır. Mart ayında Qırğızıstanı bürüyə biləcək kütləvi mitinqlər keçirilərsə, bu heç kəsi təəccübləndirməz. Çünki reallıq göz qabağındadır. Keçirilməsi gözlənilən həmin mitinqlər, əlbəttə, xalq kütləsinin və müxalifətin dövlət və hökumət başçısının yürütdüyü hazırki siyasətə tutarlı bir cavab olacaqdır." - deyə, Beşimov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti