...

Pakistanın Bəluçistan əyalətində partlayış nəticəsində 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 2 Mart 2009 16:53 (UTC +04:00)

Pakistanın Bəluçistan əyalətində bomba partlayışı nəticəsinə 5 nəfər həlak olub. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Yerli mənbələrə istinadən verilən məlumatlara görə, Pakistanın Bəluçistan əyalətinin Pişin şəhərində bazar ertəsi bomba partlayışı nəticəsində 5 nəfər həlak olub. Bomba Pişin şəhərində dini alimlər şurasının keçirdiyi iclas salonunun yaxınlığında partladılıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Partlayışın məsuliyyətini hələlik heç bir qrup öhdəsinə götürməyib.

Xəbər lenti

Xəbər lenti