...

Şimali Koreya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Dünya xəbərləri Materials 8 Mart 2009 23:09 (UTC +04:00)
Şimali Koreya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Şimali Koreya Xalq Respublikasının silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb Cənubi Koreyada yerli hərbçilərlə ABŞ hərbçilərinin martın 9-da start götürən birgə təlimlərdir. ŞKXR Mərkəzi teleqraf agentliyinin (KCNA) məlumatında qeyd olunur ki, yeni təlimlər müddət baxımından öncəki təlimlərdən iki dəfə artıq davam edəcək.

"Bu çox təhlükəli və avantyurist bir təxribatdır", - deyə xəbərdə vurğulanır.

Bu ilin yanvarın 30-da ŞKXR Cənubi Koreya ilə mövcud olan bütün hərbi və siyasi anlaşmalardan çıxdığını bəyan edib. O zaman Pxenyan Cənubi Koreya hakimiyyətini bölgədə sülhün bərqərar olunmasına yönələn bütün səyləri heçə endirməkdə və yarımadanı müharibə durumuna gətirməkdə ittiham etmişdir.

Xəbər lenti

Xəbər lenti