...

Uqandadakı təyyarə qəzası zamanı dörd Rusiya vətəndaşı xəsarət alıb

Dünya xəbərləri Materials 9 Mart 2009 14:53 (UTC +04:00)

Rusiyanın Uqandadakı səfiri təsdiq edib ki, "İl-76" markalı qəzaya uğramış yük təyyarəsinin dörd sərnişini Rusiya vətəndaşıdır. Bu barədə "Sinxua" Agentliyi məlumat verib.

Təyyarə "Entebbe" beynəlxalq hava limanından uçduqdan sonra Viktoriya gölünə düşüb və çox keçmədən batıb. Qəza qurbanları sayı 11 nəfərdir. 
Yerli KİV əvvəlcə bildirib ki, söhbət "An" markalı təyyarədən gedir, lakin səfirlikdən bildiriblər ki, "İl-76" təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumatlara əsasən, təyyarə Uqandada yerləşdirilən sülhməramlıların yüklərinin nəqli məqsədi ilə Kampaladan Somaliyə doğru hərəkət edib.

Xəbər lenti

Xəbər lenti