...

Gürcüstanın Baş nazir müavini Slovakiyaya səfər edib

Dünya xəbərləri Materials 11 Mart 2009 10:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan hökumətinin Baş nazir müavini Giorgi Baramidze martın 11-də Slovakiyaya səfər edib. Dövlət naziri aparatından Trend -a verilən məlumata görə, Baramidze Bratislavada yüksək səviyyəli görüşlər keçirəcək.

Gürcüstanın Baş nazir müavini səfər zamanı slovakiyalı həmkarı, xarici işlər, müdafiə və iqtisadiyyat nazirləri ilə görüşəcək. Bununla yanaşı, Gürcüstanın Baş nazir müavininin Slovakiya parlamentində də görüşldəri planlaşdırılıb.

Aparatdan bildiriblər ki, Baramidze keçirəcəyi görüşlərdə Gürcüstan-Rusiya silahlı münaqişəsinin nəticələri və Avropa İttifaqının münaqişələrin nizamlanmasındakı rolundan danışacaq.

Həmçinin Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası, ölkədə aparılan islahatlar və ikitərəfli münasibətlərə də diqqət ayrılacaq.

Səfər çərçivəsində Baramidzenin beynəlxalq KİV nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti