...

İran Əfqanıstana dair beynəlxalq konfransda iştirak edəcək - İranın Xarici İşlər Nazirliyinin sözçüsü

Dünya xəbərləri Materials 26 Mart 2009 15:41 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı bildirib ki, İran martın sonunda Əfqanıstanla bağlı Haaqada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Bu barədə "Reuters" informasiya agentliyinə istinadən"Radiofərda" məlumat yayıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi cümə axşamı "Reuters" informasiya agentliyinə müsahibəsində İranın Əfqanıstanla bağlı Haaqada keçiriləcək beynəlxalq konfransda iştirak edəcəyi barədə məlumatları təsdiqləyib.

Qəşqavi bildirib ki, hələlik bu konfransda İrandan hansı səviyyəli rəsmilərin iştirak edəcəyi haqda qərar qəbul edilməyib.

Martın 31-də Haaqada  keçiriləcək konfransda BMT-nin Baş katibi Ban Ki Mun və 80-dən artıq ölkənin nümayəndəsi, o cümlədən Pakistan təmsilçisi də iştirak edəcək.
İranın tədbirə dəvət olunması ABŞ dövlət katibi Hillari Klintonun Avropaya səfəri zamanı qərara alınıb.
Bir çoxları bunu Obama Administrasiyasının Tehran liderləri ilə dialoqların aparılmasına konkret addım kimi dəyərləndirir.  

Xəbər lenti

Xəbər lenti