...

"Kadima" Netanyahu hökumətinin and içməsinə qarşı çıxış edir

Dünya xəbərləri Materials 31 Mart 2009 14:00 (UTC +04:00)

İsrailin hakim "Kadima" partiyası Binyamin Netanyahu hökumətinin and içməsi ilə bağlı səsvermənin ləğv edilməsini tələb edir. Bu barədə AlJazeera saytı xəbər verir.

Yeni Nazirlər Kabinetinin formalaşdırılması tapşırılan Netanyahu çərşənbə axşamı Knessetdə and içməli və yeni hökumətin tərkibini təqdim etməlidir.

Fevralda Knessetə keçirilən seçkilərdə Tsipi Livninin "Kadima" partiyası "Likud"u bir yer qabaqlayaraq qələbə qazanıb. Lakin ölkə prezidenti Şimon Peres yeni hökumətin tərkibinin formalaşdırılmasını Netanyahuya həvalə edib.

Netanyahu iki həftə ərzində koalisiya və Kabinetin formalaşdırılması üçün çoxluğu toplamağa nail olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti