...

Polşa qoşunlarını Livandan çıxarır

Dünya xəbərləri Materials 4 Aprel 2009 14:58 (UTC +04:00)

Polşa hökuməti qoşunlarını BMT-nin Sülhməramlı kontingentinin (UNIFIL) tərkibindən çıxartmaq niyyətindədir. PressTV agentliyinin verdiyi xəbərə görə, bu barədə Polşanın Livandakı səfiri Tomaş Niqociş bildirib.

UNIFIL qoşunları İsrail ilə Livanın "Hizbullah" müqavimət hərəkatı arasında baş verən 33 günlük müharibədən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qətnaməyə əsasən, 2006-cı ildə Livanın cənubunda yerləşdirilb.

Livanın cənubunda Litanii çayı vadisində və İsrail ilə sərhəddə 20 ölkənin 12 000-dən çox hərbçisi yerləşdirilib. BMT-nin 1701 saylı qətnaməsinə əsasən, Livan ordusu İsrail ilə sərhəddə istənilən zorakılıq aktının qarşısını almaq məqsədilə BMT-inin Sülhməramlı kontingenti ilə birgə nəzarət həyata keçirir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti