...

İran Prezidenti vətəndaşlara 6 mlrd. məbləğində maddi yardımın verilməsini təklif edib

Dünya xəbərləri Materials 8 Aprel 2009 17:30 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad ölkədə iqtisadi islahatların aparılmasını və vətəndaşlara ümumi məbləği 6 mlrd. dollar təşkil edəcək maddi yardımın verilməsini təklif edib.

"Bizdə vəziyyət yaxşıdır. Biz 50 mln. insana maddi yardım ayırarıqsa, hər adama ayda 120 dollar verə bilərik", - deyə çərşənbə günü İran teteviziyası (İRİNN) ilə birbaşa efirdə Əhmədinejad bildirib.

İran Prezidenti bildirib ki, 2009-cu ildə hazırki bazar qiymətləri ilə neft ixracından gözlənilən gəlir 6 mlrd. dollar təşkil edəcək.

"Maddi yardım layihəsi İranda hazırlanan iqtisadi proqramlar arasında ən əhəmiyyətlisidir", - deyə Əhmədinejad İsfahan şəhərində çıxışı zamanı bildirib.

Xəbər lenti

Xəbər lenti