...

İran "Azərəxş" adlı yeni hərbi təyyarəni istifadəyə verib

Dünya xəbərləri Materials 14 Aprel 2009 14:06 (UTC +04:00)

"İran yeni təyyarə və zirehli kater istehsal edib", - İran Silahlı Qüvvələri komandanının araşdırmalar və yenidənqurma işləri üzrə müavini vəzifəsini icra edən general Möhsin Şah Hatəmi bildirib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"İranlı mütəxəssislərin səyi nəticəsində quru qoşunlarda "Zülfiqar" tankı, hava qüvvələrində "Azərəxş" təyyarəsi, dəniz qüvvələrində isə "Peykan" zirehli kateri istehsal olunub", - deyə o bildirib.

"Azərəxş sınaqdan keçib və hazırda Hərbi Hava Qüvvələrində istifadə olunur", - deyə Şah Hatəmi qeyd edib.

O əlavə edib ki, "Peykan" kateri də iranlı mütəxəssislər tərəfindən istehsal olunub. Katerin yalnız mühərriki xaricdən alınıb, lakin digər hissələr daxildə istehsal olunub.

Xəbər lenti

Xəbər lenti