...

Qırğızıstan deputatının qətlə yetirilməsi faktı üzrə cinayət işi qaldırılıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Aprel 2009 17:37 (UTC +04:00)
Qırğızıstan deputatının qətlə yetirilməsi faktı üzrə cinayət işi qaldırılıb (ƏLAVƏ OLUNUB)

Qırğızıstan parlamentinin deputatı Sanjarbek Kadıraliyevin qətlə yetirilməsi faktı üzrə cinayət işi qaldırılıb. Bu barədə "24.kg" informasiya agentliyinə ölkənin daxili işlər nazirinin birinci müavini Sabırbek Kurmanaliyev məlumat verib.

Hazırda Qırğızıstan Respublikasının baş prokurorunun birinci müavini Sumar Nasiz və Milli Təhlükəsizlik Dövlət Komitəsinin nümayəndələri hadisə yerinədirlər.

Xatırladaq ki, QR DİN-in rəhbəri Moldomusa Konqantiyev Yerevanda (Ermənistan) ezamiyyətdədir, QR Nəzarət İdarəsinin rəhbəri Elmurza Satıbaldiyev isə Moskvadadır.

QR DİN-də hadisə ilə bağlı hər hansı bir versiya hələ ki, irəli sürülmür

Xəbər lenti

Xəbər lenti